Qaradağda "BMW" "KaMAZ"la toqquşub, ölən var

23:49 - 30 May 2019 - HADİSƏ

Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sahil qəsəbəsində baş vermiş qəza zamanı "BMW" markalı minik maşını "KaMAZ" markalı qoşqulu yük maışınına çırpılıb.

Nəticədə minik maşınının sürücüsü 1986-cı il təvəllüdlü Quliyev Rəşad Əbülfəz oğlu hadisə yerində dünyasını dəyişib. Sükan arxasında sıxılıb qalmış sürücünü oradan çıxarmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub və minik avtomobilinin sürücüsü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yol qəzasının təfərrüatları araşdırılır./ONA

Xəbər xətti