Ucarda yol qəzası baş verib, 2 nəfər xəsarət alıb - Foto

22:29 - 30 May 2019 - HADİSƏ

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə Bakı-Qazax yolunun Ucar rayonunun Alpout kəndindən keçən hissəsində baş verib.

Belə ki, "Mercedes" markalı avtomobil idarəetməni itirərək yol kənarına aşıb. Nəticədə hələ şəxsiyəti məlum olmayan 2 nəfər müxtəlif növ bədən xəsarətləri alaraq Ucar rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./report

 

Xəbər xətti