ABŞ Fransa, Almaniya və İngiltərəni sanksiyalarla HƏDƏLƏDİ

16:33 - 30 May 2019 - DÜNYA

ABŞ Avropa İttifaqını İrana tətbiq olunan sanksiyalara görə təhdid edib.

Bu barədə “Blumberq” agentliyi informasiya yayıb. Məlumata görə, ABŞ Maliyyə Nazirliyinin Terror və maliyyə kəşfiyyatı üzrə nümayəndəsi Siqal Mandelker bildirib ki, rəsmi Tehran ilə ticarət dövriyyəsini ABŞ-ın sanksiyalarından yan keçməklə davam etdirmək üçün qurulan “İnstex” proqramı işə düşdüyü təqdirdə, proqramla bağlı hər kəs ABŞ-ın maliyyə sistemindən xaric ediləcək.

Mandalker “Instex”in prezidenti Per Fişerə yazdığı məktubda proqramdan qaynaqlanacaq potensial sanksiyaları diqqətli şəkildə nəzərdən keçiməyi tövsiyə edib. ABŞ-ın sanksiyaları ilə qarşılaşacaq hərəkətlər etməməyi tələb edib və bunun ciddi nəticələr doğuracağını vurğulayıb.

Qeyd edək ki, Almaniya, Fransa və İngiltərə bu ilin yanvar ayında şirkətlərinin İran ilə ticarət münasibətlərini bərpa etmək üçün “Instex” sistemini qurmuşdu. Bununla da 2015-ci ildə Tramp hökumətinin İranla nüvə razılaşmasından təktərəfli şəkildə çıxmasından sonra genişmiqyaslı sanksiyalarla üzləşməmək üçün zəmin yaratmışdılar./publika.az

Xəbər xətti