İranda zavod yanıb - Ölən və yaralananlar var

18:49 - 29 May 2019 - DÜNYA

İranın Çahar-Mahal və Bəxtiyari vilayətinin Buldaci şəhərində zavodda baş verən yanğında bir nəfər həlak olub.

Bunu Çahar-Mahal və Bəxtiyari vilayətinin hüquq-mühafizə orqanının rəis müavini polkovnik Xosrov Nəcəfi deyib.

X.Nəcəfinin sözlərinə görə, yanğın nəticəsində 6 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır

Yanğının səbəbləri araşdırılır./trend

 

Xəbər xətti