Bakıda qadın əcnəbilərin pulunu və telefonunu oğurladı

14:21 - 29 May 2019 - HADİSƏ

Bakıda xarici vətəndaşlara qarşı oğurluq etmiş qadın tutulub.

Ucnoqta.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Səbail RPİ-nin 41-ci Polis Bölməsinə müraciət edən 2 xarici vətəndaş mayın 26-da Badamdar qəsəbəsində kirayədə yaşadıqları evdən onlara məxsus 2 ədəd mobil telefonun və 2000 ABŞ dollarının oğurlandığını bildiriblər.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.
Bakı Şəhər Baş Polis İdarəsi və 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Oğuz rayon sakini Ş.Əmirova qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti