Bakıda ər arvadını bıçaqladı

10:05 - 29 May 2019 - HADİSƏ

Bakıda gecə saatlarında bıçaqlanma baş verib.

Hadisə Bakının Yasamal rayonu, Əsəd Əhmədov küçəsində qeydə alınıb. Ailə münaqişəsi zəminində 1986-cı il təvəllüdlü Məmmədova Əfsanə həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Hazırda vəziyyəti ağır olan Ə.Məmmədova 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsindədir.

Qeyd edək ki, ailənin iki oğlan övladı var./trend

Xəbər xətti