Bakıda "Arsenal" və "Çelsi"nin azarkeşləri arasında DAVA: xəsarət alan var

02:54 - 29 May 2019 - HADİSƏ

Bakıda Avropa Liqasının final oyunundan əvvəl "Arsenal" və "Çelsi"nin bir qrup azarkeşi arasında dava olub.

İnsident "Torqovı"dakı pivəxanaların birində baş verib. Nəticədə "Arsenal"ın 54 yaşlı azarkeşi Gregory Kilroe döyülüb. Onun başına butılka ilə zərbə vurulub. Zərərçəkən 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda təşkil olunacaq final qarşılaşması saat 23:00-da başlanacaq./report

Xəbər xətti