Bakıda ağır yol qəzası baş verib, ölənlər var
16:42 - 28 May 2019 - HADİSƏ
Bakıda ağır yol qəzası baş verib.
Hadisə Böyükşor yolunda qeydə alınıb.
Belə ki, "BMW" və "Mitsubishi" markalı avtomobillər toqquşub. Nəticədə "BMW" markalı avtomobildəki iki nəfər hadisə yerində keçinib. Ölənlərdən biri azyaşlıdır.
Faktla bağlı araşdırma aparılır.
Report