Şəki sakini qonşusunu bıçaqlayıb

09:02 - 28 May 2019 - HADİSƏ

Şəkidə bıcaqlanma hadisəsi baş verib. Hadisə axşam saatlarında rayonun Aşağı Daşağıl kəndində baş verib. Kənd sakini 1988-ci il təvəllüdlü Vüqar Nemət oğlu Abdurəhmanov mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb. Bir-neçə bıçaq xəsarəti alan yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan "Report"a bildirilib ki, ona sol bel və döş nahiyyəsinin aşağı hissəsinin daxilə nüfuz etməyən kəsilmiş yarası diaqnozu qoyulub, vəziyyəti orta-stabildir. Faktla bağlı araşdırma aparılır. Report

Xəbər xətti