Salyanda 10 yaşlı oğlanı maşın vurub

22:52 - 27 May 2019 - HADİSƏ

Salyanda  1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

Hadisə rayonun Yenikənd  ərazi vahidliyində qeydə alınıb. Kənd sakini, 2009-cu il təvəllüdlü Şahbazov Ramil Mansur oğlu yolu keçmək istəyən zaman “Mersedes” markalı minik avtomobili onu vurub.

Müxtəlif dərəcəli xəsarətlər alan R. Şahbazov  Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilk tibbi yardım göstərildikdən sonra o, ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır./oxu.az

Xəbər xətti