Tovuzda damdan yıxılan usta ağır yaralandı

22:40 - 27 May 2019 - HADİSƏ

Tovuzda usta damdan yıxılaraq ağır xəsarət alıb.

Evin damında təmir işləri aparan usta, Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini,1964-cu il təvəllüdlü Şahvələd Əliyev ehtiyatsızlıqdan evin damından yerə düşüb.

Ağır bədən xəsarətləri alan Ş.Əliyev öncə Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb. İlkin tibbi yardım aldıqdan sonra isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır./oxu.az

Xəbər xətti