Bakıdakı Avropa Liqasının finalında daha bir ilk yaşanacaq

İngiltərənin "Arsenal" və "Çelsi" komandaları arasında Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununda daha bir ilk yaşanacaq. 

Komandaların həlledici matç üçün iştirak ərizələrinə 18 əvəzinə 23 oyunçu daxil ediləcək. Bununla da ehtiyat oyunçular skamyasında 12 futbolçu yer alacaq. Finalçılardan "Arsenal" mayın 25-də Azərbaycan paytaxtına 24 futbolçu ilə gəlib. Baş məşqçi Unay Emeri final matçında bir oyunçusunun xidmətindən yararlana bilməyəcək. Digər finalçı "Çelsi" isə bu gün axşam saatlarında Bakıda olacaq.

Avropa Liqasının finalında həmçinin ilk dəfə Video-Köməkçi Hakim (VAR) sistemindən də istifadə olunacaq.
Qeyd edək ki, İngiltərənin “Arsenal” və “Çelsi” komandaları arasındakı final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Tarix
27 May 2019 [13:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-27 13:11:40
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin