Sərnişin avtobusu yük maşını ilə toqquşdu: 2 ölü, 57 yaralı

10:58 - 27 May 2019 - HADİSƏ

Filippində sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 2 nəfər ölüb, 57 nəfər isə xəsarət alıb.

Ucnoqta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident mayın 27-si Keson əyalətinin Atimona bələdiyyəsi ərazisində qeydə alınıb. Bu barədə “Philippine Daily Inquirer” qəzeti yerli polisə istinadən yazır.

Qəzetin yazdığına görə, qoşqulu yük maşının sürücüsü sərt döngədə idarəetməni itirərək aşıb və bu zaman hərəkətdə olan sərnişin avtobusu ilə toqquşub. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinin sürücüsü hadisə yerində ölüb. Avtobusda olan yaralılar xəstəxanalara yerləşdirilib.

Nəşr qeyd edir ki, bələdiyyə rəsmiləri bu yük maşınlarını və avtobusları, sərt döngələri olan bu yoldan istifadə etməməyi məsləhət görüb.

 

Namiq

Xəbər xətti