Sərnişin gəmisi batdı: 30 ölü

Konqo Demokratik Respublikasının qərb regionunda yerləşən göllərdən birində insanları daşıyan gəminin qəzaya uğrayaraq batması nəticəsində azı 30 nəfər həyatını itirib. Bir neçə yüz insan itkin düşmüş hesab olunur. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə bazar günü yerli hakimiyyət dairələri nümayəndəsinin bəyanatına istinadən "Associated Press" məlumat yayıb. İnonqo şəhər meri Saymon Vembanın sözlərinə görə, sərnişin gəmisi Mai-Ndombe gölündə çevrilərək batıb. O bildirib ki, gəmidən onların əksəriyyəti maaş almaq üçün gölün o biri tayına gedən yerli məktəblərin müəllimləri olub. İki yüz nəfərə yaxın insan itkin düşmüş hesab edilir.

Qəza zamanı 80-dən çox sərnişinin həyatını xilas etmək mümkün olub.

Tarix
27 May 2019 [06:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-27 06:39:57
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin