Bakıda motosikletlə "Kamaz" toqquşub- bir nəfər ölüb

20:01 - 26 May 2019 - HADİSƏ

Günorta saatlarında Bakının Xətai rayonunun Nəsrəddin Tusi və Şıxlinski küçələrinin kəsişməsində motosikletlə "Kamaz" markalı yük maşını toqquşub.

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirovun "Report"a verdiyi məlumata görə, nəticədə motosikletdə olan 41 yaşlı kişi aldığı xəsarətıərdən hadisə yerində dünyasını dəyişib, 16 yaşlı oğlanisə müxtəlif dərəcəli bədən xəsarətlərilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Yaralının vəziyyəti ağırdır.

Xəbər xətti