Ana səhifə
20 Noyabr 2018

“Ərim deyir ki, sənə necə rahatdırsa, elə geyin”- İradə

Müğənni İradə İbrahimovanın “Qafqazinfo”ya müsahibəsi:

 

Ucnoqta.az həmin müsahibəni təqdim edir:

 

- Ötən gün “Seneler” mahnısına çəkilən klipi təqdim etdiniz. Yaradıcılığınızda başqa hansı yeniliklər olacaq?

 

- 6 ildən sonra qayıtdım. Evdə məcbur etdilər ki, artıq yaradıcılıq fəaliyyətini bərpa etməlisən. Həyat yoldaşım mənə  daim işlərimdə dəstək olur. Mən də oturub qızımla danışdım. Həyat yoldaşımdan çox qızımdan icazə alıram ki, mənim yoxluğum onu incitməsin. O da məni başa düşdü. Türkiyədə 7 mahnı üzərində çalışıram. Yeni klip çəkilişimiz olacaq. “Seneler” klipi mənim ürəyimcə oldu, inanıram ki, tamaşaçılar da bəyənəcək.

 

- Azərbaycanda konsert verməyi düşünmürsünüz?

 

-Hazırda geniş repertuarla gəlmişəm. Bu dəqiqə təklif olsa, düşünmədən “hə” deyərəm. Lakin konsert üçün musiqiçilərlə məşq etmək lazımdır, repertuar toplamaq lazımdır, konsertə xüsusi hazırlaşmaq lazımdır. Bir aya konsertə hazırlaşa bilmərəm. İlk solo konsertimdə çox çalışmışdım. Yaxşı təkliflər gəlsə, dəyərləndirəcəm. Çünki mən də tamaşaçılarım üçün darıxmışam. Arada məsafə qoysam da, artıq sənətimə qayıtdım.

 

- Yaradıcılığınızı yarıda qoyub ailə qurdunuz. Fasilə verməyinizə peşman olmadınız?

 

- Qətiyyən peşman deyiləm. Gözəl, təmiz, hər kəsin həsəd aparacağı, görüb nəsə götürəcəyi  ailəm var, məni anlayan həyat yoldaşım var. övlad dünyaya gətirmişəm. Çox şükür Allaha  mənə övlad verdi, Allah o övladı nəzərdən qorusun, qızımdan yerlə göy qədər razıyam. O  qədər hər şeyə uyğunlaşan, tərbiyəli, türklər demişkən sanki büyümüş də küçülmüş qızdır. Elə bir övlad böyüdürəm, heç vaxt peşman ola bilmərəm.

 

- Yenidən ana olmağı düşünmürsünüz?

 

- Təbii ki, istəyirəm. İnşallah, Allah yenidən ana olmağı  qismət etsin.

 

- İradə özünü güclü qadın hesab edirmi?

 

-  Hesab etmək lazım deyil, qadın dünyaya övlad gətirir, bunun üçün böyük güc lazımdır. 9 ay övladı bətnində daşımaq, dünyaya gətirmək, onu tərbiyəli böyütmək, təhsil vermək, onun məsuliyyətini daşımaq çətindir. Elə bilirsiniz ki, kişilər bunu edə bilər? Əsla. Mən güclü qadınam. Həm də səhnədəyəm, bu da əlavə gücdür.  Güclü olduğumu səhnədəki duruşum, danışığım, hərəkətlərim, baxışımla sübüt etmişəm.

 

- Azərbaycan şou-biznesini izləyirsinizmi?

 

- Şou-biznesimizi izləyirəm. Hər şey  yaxşıdır, baxıb dəhşətə gələcək durum yoxdur. Hər kəs öz ampulasındadır, öz səsinə uyğun oxuyur, öz tərzində geyinir, hər kəs özüdür, kimsə özünü başqasına bənzətmir. Əsas budur.

 

- Hazırda sənətçilərin yaradıcılıqlarındansa, qalmaqalları gündəmdədir. Sizi qalmaqala salmaq istəyənlər varmı?

 

-  Məni qalmaqallara sürükləyə bilməzlər, mən o mövqedə dayanmamışam. Qalmaqal hiss etdiyim an oradan uzaqlaşıram.  İstəsəm, qalmaqalın mərkəzində olaram, amma mən istəmirəm. Hər şey insanın istəyinə bağlıdır.

 

- Kimləri dinləyirsiniz?

 

 - Qulağıma xoş gələn hər kəsi dinləyirəm.  Tünzalə Ağayeva, Samira, Lalə Məmmədova,  Zülfiyyə Xanbabayeva, Röyanı dinləyirəm. Əsasən bizim köhnə mahnılarımıza, muğamlarımıza qulaq asıram.

 

- Sosial şəbəkələrdə aktivsiniz, tez-tez ailə fotolarınızı qoyursuz. Nəzərdən qorxmursunuz?

 

-  Sosial şəbəkələrdə aktivəm, axır məni də sosial şəbəkə həvəskarı etdilər. Nəzərin olduğuna inanıram, amma qorxmuram.

 

- Bayaq dediniz ki, oturub qızımla məsləhətləşdim. İradə necə bir anadır?

 

-  Qızıma uşaq kimi davranmıram, ona yetişkin insan kimi davranıram. Qızıma konfet verib başını aldatmıram. Oturub deyirəm ki, işim var, bir neçə saat yanında olmayacam, problem olsa, yanında dayə var, dərdini ona deyərsən. O da deyir ki, get. Bəzən özü soruşur ki, ana getməyəcəksən? Bilir ki, mən olmayanda şokolad yeyəcək.

 

- Qızınızın gələcəkdə müğənni olmağını istəyirsinizmi?

 

- Peşə seçimində sərbəstdir. Hansı peşəni istəsə, mən dəstək olaram. Lakin istəməsə də, həyatını musiqi ilə birləşdirmək istəyirəm. Rəqs edə bilər, hansısa musiqi alətində çala bilər. Amma əsas odur ki, həyatında musiqi olsun. Mənə gəlib  desə ki, məni yönləndir, fikrimi deyərəm. 

 

- Son zamanlar İradə İbrahimovanın geyim tərzi də dəyişib. Hər hansı stilistlə çalışırsınızmı?

 

- Hər zaman qeyri-adi, maraqlı  geyinmişəm. Qarderobum fərqli olub. Hamı kimi adi geyimləri geyinməyi xoşlamıram. Səhnə adamıyam, seçilməliyəm.

 

- Həyat yoldaşınız tərəfindən geyimlərinizə hər hansı qadağalar olurmu?

 

- Həyat yoldaşımın qadağa qoymasına ehtiyac yoxdur. Mən bilirəm ki, nələr onun xoşuna gəlməyəcək. Neçə ildir ki, onun həyat yoldaşıyam, sevib-sevmədiyi şeyləri bilirəm. Onun sevmədiyi şeyləri etmərəm. Ceyhun deyir ki, sənə necə rahatdırsa, elə geyin. Əsas sənin rahatlığındır. Açıq-saçıq geyimlərdə özümü rahat hiss etmirəm. Həyat yoldaşım da bunu bilir.

 

- Sənət yoldaşlarınız tez-tez plastik əməliyyatlar etdirir. Münasibətiniz necədir?

 

- Əməliyyatlara münasibətim yaxşıdır, ehtiyac varsa, hər kəs əməliyyat etdirə bilər. Əgər kefindən əməliyyat etdirirlərsə, yenə də öz seçimləridir, qarışa bilmərəm.  Səhnədə olan biri üçün lazımdır. Səhnə gözəlliyi sevir.

 

- İradə İbrahimova xeyli kilo verib.

 

- Dietoloqlarla çalışıram, idmanla  məşğul oluram. İradəmi önə çıxardım, az yeyirəm. Demək olar ki, evimizdə yemək yoxdur. Bakıya gəlmişəm, anam aş, dolma, cürbəcür yeməklər bişirir. Baxa-baxa qalıram. Təbii ki, yeməklərimiz üçün çox darıxmışam. Amma dietada olduğum üşün yeyib içdiyimə diqqət edirəm.

Tarix
26 Dekabr 2014 [11:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin