Xilasedicillər yararsız estakadadan yıxılan balıqçını xilas edib

18:05 - 26 May 2019 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Səbail rayonunda, dənizdə istifadəyə yararsız estakadanın üzərində 1 nəfərin (balıqçı) yıxılaraq xəsarət alması və orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Ucnoqta.az FHN-nin saytına istinadən xəbər verir ki, dərhal çağırış ünvanına cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti