Messi İspaniya Kubokunda rekorda imza atıb

12:07 - 26 May 2019 - İDMAN

Kataloniyanın “Barselona“ klubunun hücumçusu Lionel Messi Sevilyada "Valensiya" ilə baş tutan final oyununda 1:2 hesablı məğlubiyyətə baxmayaraq, İspaniya Kubokunun rekordçusu olub.

"Report" TASS-a istinadən xəbər verir ki, argentinalı finalda komandasının vurulan yeganə qolunun müəllifi olub. Bununla da o, yarışın altı final oyununda qol vurmuş futbolçu olub.

Forvard onlardan birində iki dəfə fərqlənərək 6 matça 7 qol vurub.

Xəbər xətti