Bakıda gənc icarəyə götürdüyü avtomobillə piyadanı vurdu - FOTO

11:40 - 26 May 2019 - HADİSƏ

Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, Vüsal Məmmədov icarəyə götürdüyü 90-EE-033 dövlət qeydiyyatı nişanlı "Kia" markalı avtomobillə 4-cü mikrorayon, M.C.Paşayev küçəsində yüksək sürətlə hərəkət edib.

Sürücü idarəetməni itirərək yolu keçən 1985-ci il təvəllüdlü Həsənova Əlvanə Şövkət qızını vurub. Yaralı  xəstəxanaya yerləşdirilib.
Piyadanı vuran  V.Məmmədov avtomobil ilə ərazidən qaçmaq istəyərkən yol kənarında hərəkətsiz vəziyyətdə dayanan iki nəqliyyat vasitəsinə çırpılıb.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Sürücü saxlanılıb.


Xəbər xətti