Ana səhifə
16 Dekabr 2018

Miqrasiya xidmətinin 9 xidməti "e-gov" -da

Dövlət Miqrasiya Xidməti (DMX) ilə Məlumat Hesablama Mərkəzi tərəfindən aparılan birgə işlər sayəsində DMX-nin aşağıdakı 9 elektron xidməti "Elektron hökumət” portalına inteqrasiya olunub.

 

 

Ucnoqta.az xəbər verir ki, bu barədə cümə günü Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, portalda elektron formada DMX-nin aşağıdakı xidmətlərindən istifadə etmək mümkün olacaq: vətəndaşlığın əldə edilməsi, onun bərpa edilməsi, Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması, daimi yaşamaq üçün icazə, əmək fəaliyyəti müddətinin uzadılması, əmək fəaliyyəti üçün icazə, miqrasiya orqanlarına qulluğa qəbul, müvəqqəti yaşamaq üçün icazə, onlayn ödəmə.

Beləliklə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə DMX üzrə təsdiq edilən 11 e-xidmətin 10-u portala inteqrasiya edilib.

İstifadəçilər müraciətlərinin məzmununa uyğun olaraq seçim etməklə bu xidmətlərdən asanlıqla yararlana bilərlər. Bunun üçün portalda autentifikasiyadan keçərək, "Elektron Xidmətlər" bölməsini qeyd edib, DMX-nin müvafiq xidmətini seçmək lazımdır. Açılan səhifədə bu xidmətlər üzrə tələb olunan sənədlərin siyahısı, həmçinin PDF formatında müraciət formaları yerləşdirilib.

 

Bəhruz

Tarix
26 Dekabr 2014 [10:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin