Erməni idmançılar Bakıda - VİDEO

Bu gün Bakıda start götürəcək aerobika üzrə Avropa Çempionatında erməni idmançılar da mübarizə aparacaq.

 Rusiya millisinin heyətində yarışan Qarsevan və Duhik Canazyan bacı-qardaş artıq paytaxtımızdadır. Azərbaycan hakimiyyəti tərəfindən verilən bütün təhlükəsizlik zəmanətlərinə baxmayaraq, Avropa Liqasının paytaxtımızda keçiriləcək final oyununa gəlməkdən imtina edən "Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryandan fərqli olaraq, həmvətənləri heç bir problem yaşamadan ölkəmizə gəliblər.

Bu isə bir daha onu göstərir ki, Azərbaycan idmanı siyasətə qarışdırmır. Bakıdakı yarışlarlarda iştirak etmək istəyən istənilən erməni idmançının təhlükəsizliyinə dövlət səviyyəsində təminat verilir. Qarsevan və Duhik Canazyanın Bakıda keçirilən turnirdə iştirakı Mxitaryanın final oyununa gəlməməsinə görə Azərbaycanı günahlandıranlara növbəti layiqli cavabdır.

Milli Gimnastika Arenasında keçiriləcək aerobika üzrə Avropa çempionatında 22 ölkənin idmançıları mübarizə aparacaq./publika.az

Tarix
24 May 2019 [13:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-24 13:01:30
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin