Bahar Muradova: "Ermənistan daim Azərbaycan ərazilərini ələ keçirməyə çalışıb"

Ermənistan daim Azərbaycan ərazilərini ələ keçirməyə çalışıb. Həm Cümhuriyyət dövründə, həm də sonralar Azərbaycan ərazilərinə iddia ilə çıxış ediblər.

Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentdə Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri ilə görüşündə deyib.

B.Muradova bildirib ki, o zaman Milli Şuranın İrəvanı Ermənistana paytaxt kimi verilməsi barədə qərarının ağrı-acılarını bu gün də hiss edirik: “Ancaq buna baxmayaraq, Milli Şura tariximizdə böyük rol oynayıb. Milli Şuranın əsas xidməti müdafiə qabiliyyətini möhkəmləndirmək, Bakıni işğaldan azad etmək olub. Bakı ermənilərin işğalından qurtularaq Azərbaycanın paytaxtına çevrilib”.

Vitse-spiker qeyd edib ki, Milli Şura Zaqafqaziya Seymi əsasında təşkil edilmişdi: "Parlament seçkiləri keçirmək mümkün olmasa da, Milli Şura genişləndirildi, nəticədə 1918-ci ilin dekabrın 7-də parlament ilk işinə başladı və Azəbaycan dövlətçiliyi üçün mühüm qərarlar qəbul etdi”.

B.Muradova əlavə edib ki, Birinci Dünya müharibəsinin nəticələri, Osmanlı imperiyasının məğlubiyyəti Xalq Cümhuriyyətinin süqutuna yol açdı: “Sovetlər dövründə Cümhuriyyət atributlarının ləğvi barədə qərarlar qəbul edildi. Cümhuriyyət qurucularının bir qismi repressiya qurbanı oldu, bir qismi isə mühacirətə getdi”./trend

Tarix
24 May 2019 [11:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-24 11:49:57
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin