Neftçalada mikroavtobus qəzasında xəsarət alanlar Bakıya gətiriliblər

10:43 - 24 May 2019 - Xəbər

Ötən gün Neftçalada baş verən yol qəzasında xəsarət alanlar Bakıya gətiriliblər.

4 nəfərin öldüyü qəzada yaralanan iki nəfər, 1991-ci il təvəllüdlü Hümbətzadə Şiraz Mürsəl oğlu və 1998-ci il təvəllüdlü Əsgərzadə Çinarə Mehdi qızı Bakıya gətiriliblər. Onlar ötən axşam 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Hazırda reanimasiya şöbəsində olan yaralıların vəziyyəti ortadır.

Qeyd edək ki, Neftçalada mikroavtobusla "KAMAZ" markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, iki nəfər isə ağır vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib./trend

Xəbər xətti