Ana səhifə Mobil versiya
23 Sentyabr 2019

Rusiyalı milyarder Bakıya gəlir

“Çelsi” klubunun sahibi milyarder Roman Abramoviç Avropa Liqasının finalını izləmək üçün  gələn həftə Bakıya səfər edəcək.

Bu barədə “The Sun” yazır. Nəşr bildirir ki, R.Abramoviç Britaniya vizası ilə bağlı problemlərə görə uzun müddətdir ki, klubun oyunlarında iştirak edə bilmir.

Ancaq milyarder artıq İsrail vətəndaşlığını qəbul edib və Azərbaycanda “Arsenal”a qarşı final matçını seyr edəcəyinə ümid edir.

“The Sun” nəşrinin yazdığına görə, onun matçda  iştirakı həm də ona görə vacibdir ki, Bakı finalı Eden Azarın “zadəganlar”ın heyətində son matçı ola bilər. Eden Azarın 90 milyon dollara “Real”a keçəcəyi gözlənilir.

“Bunu həm də “Çelsi” klubuna böyük dəstək kimi qələmə vermək olar, bir növ rusiyalı oliqarxın hələ də kluba sadiq qaldığının ictimai nümayişi olacaq”, - deyə nəşr qeyd edir.
Xatırladaq ki, Avropa Liqasının final matçı mayın 29-da Bakıda baş tutacaq. Matç 23:00-da start götürəcək.

Tarix
24 May 2019 [10:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-24 10:25:38
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin