Bu gün Bakının bir neçə mikrorayonunda su olmayacaq

09:58 - 24 May 2019 - Xəbər

Bakıda bir neçə mikrorayona suyun verilişində məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-dən verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu Asif Məhərrəmov küçəsində yeni çəkilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar bu gün 1-5-ci mikrorayonların bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Xəbər xətti