Qayıq çevrildi: 10 ölü, 8 itkin

07:28 - 24 May 2019 - HADİSƏ

Çinin Quyçjou əyalətində qayığın çevrilməsi nəticəsində 10 nəfər ölüb, 8 nəfər isə itkin düşüb.

Ucnoqta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident mayın 23-ü axşam saatlarında Beypançzyan çayında baş verib. Bu barədə Çinin mərkəzi televiziya kanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, hazırda 29 sərnişindən yalnız 11 nəfəri xilas edilib, onlardan 10-nu ölüb, daha 8 nəfəri isə itkin düşüb.

Polis qayığın sahibini həbs edib.

İtkin düşənlərin axtarışları davam etdirilir.

 

Namiq

Xəbər xətti