Culian Assanjı 175 il azadlıqdan məhrumetmə cəzası gözləyir

04:17 - 24 May 2019 - DÜNYA

ABŞ "WikiLeaks" saytının təsisçisi Culian Assanja qarşı daha 17 maddə üzrə ittiham irəli sürüb.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Qeyd edilir ki, Assanj casusluq haqqında qanunu pozmaqda ittiham edilir. ABŞ-ın Ədliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, "WikiLeaks" təsisçisini ona qarşı irəli sürülən yeni ittihamlarla 175 il azadlıqdan məhrumetmə cəzası gözləyir. 

Xatırladaq ki, "WikiLeaks" saytının yaradıcısının məhkəməsi mayın 30-da davam etdiriləcək.

Xəbər xətti