Ramazan ayının 19-cu günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 24-də Bakıda imsak saat 03:32, iftar isə saat 20:14-dədir.
Ramazan ayının 19-cu gününün duası:
"İlahi, bu ayın bərəkətindən nəsibimi bol et, mənim yolumu xeyir-bərəkətlərinə doğru asanlaşdır və məni Öz yaxşılıqlarını qəbul etməkdən məhrum etmə, ey açıq-aşkar haqqa hidayət edən Allah!"
Allah orucunuzu qəbul etsin!