Hesablama Palatası bu il dövlət büdcəsinə 6 milyon manatdan çox vəsait qaytarıb

Bu ilin ilk beş ayı ərzində Hesablama Palatası dövlət büdcəsinə 6 milyon manatdan çox vəsait qaytarıb.

Bunu Palatanın sədri Vüqar Gülməmmədov Ali Audit Orqanları Beynəlxalq Təşkilatının (INTOSAI) işçi qrupunun iclası zamanı deyib.

O bildirib ki, bu məbləğ auditor yoxlamalarının nəticələrinin hüquq-mühafizə orqanlarına göndərilməsi nəticəsində bərpa olunub. Ötən il ərzində 9 bu cür hal qeydə alınıb və bunu nəticəsində büdcəyə 23 milyon manat qaytarılıb.

V.Gülməmmədov əlavə edib ki, bundan başqa, müxtəlif qurumlarda inventar satınalınması zamanı səhvlər, eləcə də tamamlanmamış işlər aşkar edilib:

“Bu ilin əvvəlindən iki yoxlamanın nəticəsi hüquq-mühafizə orqanlarına göndərilib, bununla bağlı cinayət işlər açılıb”./trend

Tarix
23 May 2019 [15:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-23 15:27:20
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin