“Gözləmədiyim anda prezident məni yanına çağırdı” - Xalq artisti

“Gözləmədiyim anda prezident məni yanına çağırıb salamlaşdı. Onun insanlarla söhbətini seyr etmək xoş mənzərə idi”

Ucnoqta.az xəbər verir ki. bunu Azvision.az -a Xalq artisti, tanınmış aktyor Ramiz Novruzov ötən gün Mərkəzi Parkın açılışında iştirak edən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşdən danışarkən deyib.

Aktyorun sözlərinə görə, məşqdən çıxandan sonra dövlət başçsının insanlarla söhbətini seyr edirmiş və prezident onu görərək yanına çağırıb.
“Məşqdən çıxıb evə getmək istəyirdim. Həmin vaxt prezident sakinlərlə görüş keçirirdi. İnsanlar prezidentə və birinci xanıma yaxınlaşaraq onlarla söhbət edir, şəkil çəkdirirdilər. Çox gözəl mənzərə idi. Heç kimə qadağa qoyulmamışdı. Hamı rahat şəkildə söhbət edirdi. Bizim aktyorlardan biri - Ramin Şıxəliyev onlara yaxınlaşıb şəkil çəkdirdi. Digər tərəfə keçəndə prezident məni görüb, yanına çağırdı. Mən də yaxınlaşıb prezident və birinci xanımla görüşdüm, səmimi söhbət etdik. 

Prezident məndən soruşdu ki, vəziyyət necədir? Dedim teatrda, sənət adamları çox razılıq edir. Minnətdarlıq etdim ki, sənət adamlarına bu qədər diqqət yetirilir. Çünki bizim aktyor sənəti son illər ən müdafiəsiz, ən az qazanclı sahələrdən biri sayılırdı. Bu mənada mən ölkə rəhbərliyinə göstərdiyi diqqət və qayğıya görə təşəkkür etdim. Prezident və birinci xanımın münasibəti, səmimiyyəti çox xoş idi. Mən şəkil çəkdirərkən arxada dayanmışdım. Mehriban xanım dedi ki, Ramiz müəllim, yaxın gəlin”, - deyə xalq artisti bildirib.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuliküçəsi boyunca salınan Mərkəzi Parkın açılışında iştirak ediblər. Açılış mərasimindən sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli abidəsinin önündə sakinlərlə görüşüb söhbət ediblər. 

Tarix
23 May 2019 [13:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-23 13:56:53
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin