Çingiz: "Siyahıda geriləmənin önəmi yoxdur, ..." - VİDEO

Azərbaycanı “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsində “Truth” (Həqiqət) mahnısı ilə təmsil edən müğənni Çingiz Mustafayev yarışmadan sonra ilk dəfə canlı efirə çıxıb.

 AzTV-nin “Telesəhər” şousuna qatılan Mustafayev “Avroviziya”da səslərin yenidən hesablanması və yerlərin dəyişməsi ilə bağlı fikirlərini bölüşüb.
“Çox qəribə bir şey oldu. Mən nə eşitmişdim, nə də görmüşdüm. Müsabiqənin üstündən dörd gün keçib, indi dəyişiklik etdilər. Bu dəyişiklik isə birbaşa mənə təsir göstərir. 40 ölkənin heç bir iştirakçısına bu qədər təsir etmədi.

Azərbaycanla Makedoniya arasında dəyişikliklər oldu. Bütün avropalılar mənə qarşı olunan haqsızlıqdan danışır. Deyirdilər ki, sən daha ön yerlərdə olmalı idin. Amma proseslər əksinə cərəyan etdi. Mənim üçün isə heç bir fərqi yoxdur. Çünki birinci olmadım. Bundan sonra isə dəyişikliyin heç bir önəmi yoxdur”.

Qeyd edək ki, “Avroviziya-2019”da səs dəyişmələri olub. Yeni hesablamalar Azərbaycana da təsir edib. Şimali Makedoniya sıralamada Azərbaycanla yerini dəyişməli olub. Belə ki, Azərbaycan əvvəl 297 xalla yeddinci pillədə idisə, indi 302 xalla səkkizinci pillədə qərarlaşıb./oxu.az

Tarix
23 May 2019 [13:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-23 13:15:27
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin