Solaxaylığın səbəbləri məlum olub

Maks Planka Psixolinqvistika İnstitutunun alimləri insanın solaxay olmasına səbəb olan yeni  faktlar aşkarlayıblar.

Alimlərin apardıqları araşdırmaların nəticələri Nature jurnalında dərc olunub. 500 min insan  üzərində aparılmış araşdırmalar onu deməyə əsas verib ki, solaxaylıq hələ ana bətnində başlayır. Halbuki bu günə qədər uşaqların 2-3 yaşında solaxay olduğu düşünülürdü.

Ultrasəs görüntülərində körpənin ana bətnində solaxay hərəkət etdiyi məlum olub.Tədqiqatlarda iştirak etmiş 501730  nəfərdən 10,4 faizinin hələ ana bətnindəykən solaxay olduğu  araşdırmalarla sübut olunub.

Həmçinin, insanın anadan olduğu il, doğum yeri, bədən kütləsi, zəif olması, ana südü ilə qidalanmaması da solaxaylığa səbəb ola bilirmiş. Yayda doğulan insanlar arasında solaxayların sayı daha çox olur.

Tarix
23 May 2019 [10:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-23 10:38:51
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin