Tramp Yaponiyada sumo yarışmasını izləyəcək

10:33 - 23 May 2019 - Xəbər

ABŞ prezidenti Donald Tramp Yaponiyaya yaxın səfəri zamanı sumo yarışmasına gələcək. Bu haqda News.ru prezident administrasiyasına istinadən yazır.

Bu yarış yaponlar üçün çox vacibdir, çünki yazda keçirilən “baso” ənənəvi hal alıb. Sumoçuların çıxışlarına Tramp Yaponiya baş naziri Sindzə Abe ilə birlikdə seyr edəcək.

Trampın Yaponiyaya səfərinin əsas məqsədi yeni imperator Naruxito ilə görüşdü. O, həmçinin Sindze Abe ilə qeyri formal danışmaq imkanı əldə edəcək və Yaponiyadakı ABŞ-ın hərbi bazasını ziyarət edəçək.

Amerika prezidentinin Yapon adalarına səfəri 25-28 may tarixlərində baş tutacağı gözlənilir.  (Oxu.az)

Xəbər xətti