Sumqayıt sakininə məxsus 40 ədəd göyərçin oğurlanıb

10:30 - 23 May 2019 - HADİSƏ

Sumqayıt şəhərinin 1-ci mikrorayonu ərazisində oğurluq hadisəsi baş verib. Niyaməddin Əjdərov saxladığı 40 ədəd göyərçinin yoxa çıxdığını görüb. Məlum olub ki, göyərçinlər oğurlanıb. O bu baradə Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edib. Aparılan axtarış zamanı məlum olub ki, göyərçinləri onun qonşuluğunda yaşayan 33 yaşlı Sabir Əliyev oğurlayıb. Həmin şəxs saxlanılıb. Araşdırma aparılır.

Xəbər xətti