Ana səhifə Mobil versiya
16 Sentyabr 2019

Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclaslarının gündəliyi açıqlanıb

Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclaslarının gündəliyi açıqlanıb. Mayın 30-da və 31-də keçiriləcək iclasların gündəliyinə ümumilikdə 26 məsələ daxildir. Bunlar “Kredit ittifaqları haqqında”, “Azərbaycan Respublikasının Milli Məclisinin daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Büdcə sistemi haqqında”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” , “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” , “Dövlət rüsumu haqqında” və s. qanunlara, o cümlədən İnzibati Xətalar, Vergi Məcəlləsinə dəyişiklik layihələridir. Bundan başqa, "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi də müzakirə olunacaq. Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin yaz sessiyası fevralın 1-də başlayır, mayın 31-dək davam edir. (ONA)

Tarix
23 May 2019 [10:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-23 10:28:05
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin