Ana səhifə Mobil versiya
16 Sentyabr 2019

Masallı sakini külli miqdarda narkotiklə Balakəndə tutulub - FOTO

Masallı rayon sakini külli miqdarda narkotiklə Balakəndə tutulub.

Bu barədə DİN Mətbuat xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a məlumat verilib. Belə ki, rayonun Hənifə kəndi ərazisində çətənə bitkilərinin üzərindən yığaraq əldə etdiyi narkotik vasitəni qurutmaq üçün sərən Masallı rayon sakini 21 yaşlı Sadiq Mirzəquliyev şübhəli şəxs qismində saxlanılıb.

S.Mirzəquliyevin çöl sahədə sellofan örtüyün üzərinə qurutmaq üçün sərdiyi 22 kiloqrama yaxın marixuana və 123 ədəd yabanı halda bitmiş çətənə bitkisi həmin ərazidən aşkar edilərək maddi sübut kimi götürülmüşdür.

Saxlanılan şəxs həmin narkotik vasitəni satış məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Namiq

Tarix
23 May 2019 [10:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-23 10:16:20
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin