Yevlaxda avtobus aşması nəticəsində ölən tələbə qızın kimliyi məlum oldu

Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən şəxsin kimliyi məlum olub.

Hadisə nəticəsində dünyasını dəyişən şəxs Musayeva Səadət Məzahir qızıdır. O, Mingəçevir Turizm Kollecinin tələbəsi olub. S.Musayeva hadisə nəticəsində ağır bədən xəsarətləri alıb, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilərkən yolda dünyasını dəyişib.

Hadisə nəticəsində xəsarət alan daha iki yaralı - 1974-cü il təvəllüdlü Nəbiyeva Vəfa Yusif qızı və onun həyat yoldaşı, 1971-ci il təvəllüdlü Nəbiyev Ramazan Səhlab oğlu xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, bu gün səhər saatlarında Yevlaxdan Mingəçevirə gələn sərnişin avtobusu Xaldan qəsəbəsi ərazisində qəzaya uğrayıb.

Hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib, 10 nəfərdən artıq sərnişin isə xəsarət alıb./trend

Tarix
23 May 2019 [10:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-23 10:07:52
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin