Neftçalada ağır qəza: mikroavtobus yük maşınına çırpılıb, 4 nəfər ölüb

07:18 - 23 May 2019 - HADİSƏ

Ələt-Astara magistralında ağır yol qəzası baş verib.

Hadisə bu gün səhər saatlarında yeni Ələt-Astara magistral yolunun 85-ci kilometrliyində, Neftçala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ford” markalı miroavtobus qarşıda gedən"Kamaz” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Qəzada 4 nəfərin öldüyü, 2 nəfərin isə yaralandığı bildirilir. Ölənlərin meyiti müayinə olunması üçün Salyan morquna gətirilib.

Xəsarət alanlar isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda ölənlərin və yaralıların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti