"Arsenal" və "Çelsi" Bakıdakı final matçının 6 min biletini geri qaytarır

Avropa Liqasının Bakıda keçiriləcək final matçının iştirakçı komandaları onlara ayrılan biletlərin bir hissəsindən imtina etməyi planlaşdırır.

"Report" "The Times" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" və "Çelsi" ümumilikdə 6000-dən çox bilet qaytaracaqlar, çünki müvafiq olaraq 3500 və 2000 bilet sata biliblər.

UEFA ümumilikdə klubların hər birinə 5800 bilet ayırıb ki, bu da finalın keçiriləcəyi stadionda yer tutumunun 10 faizini təşkil edir. Qərar guya Bakı aeroportunun buraxılış imkanlarının aşağı olması ilə əlaqədar qəbul edilib.

Həmçinin 2000 biletin ayrıldığı UEFA sponsorları analoji problemlə üzləşiblər.

İngilis klubları və sponsorların qaytaracaqları biletlər yenidən satışa çıxarılacaq. Hazırda Azərbaycanda 23 000 bilet satılıb.

Tarix
23 May 2019 [03:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-23 03:31:35
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin