Ana səhifə Mobil versiya
23 Sentyabr 2019

Abramoviç “Çelsi”yə dəstək üçün Bakıya gəlir

Bakıda keçiriləcək Avropa Liqasının final oyununda "Çelsi”nin sahibi Roman İbrahimoviçin də iştirakı gözlənilir.

Ucnoqta.az xəbər verir ki, bu haqda Qol.az saytına London klubu rəsmilərinə yaxın mənbədən məlumat daxil olub. Rusiyalı iş adamı klub rəhbərliyinə "Arsenal”la Bakıda keçiriləcək oyunu canlı izləyəcəyini deyib. Əgər son anda onun iş qrafikində hər hansı dəyişiklik olmasa, Abramoviç komandasına Bakıda dəstək verəcək.

Bu arada o da bəlli olub ki, "Çelsi” Bakıda 5 ulduzlu "Hyatt Park”, "Arsenal” isə "Alov qüllələri"ndə yerləşən "Fairmont” otelində qalacaq.

Xatırladaq ki, Avropa Liqasının "Çelsi” – "Arsenal” final oyunu mayın 29-da keçiriləcək

Tarix
22 May 2019 [22:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-22 22:17:59
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin