Zelenskiyə “SÜRPRİZ”: 8 Ukrayna hərbçisi əsir götürüldü

17:51 - 22 May 2019 - DÜNYA

Ukrayna ordusunun 8 hərbçisi Donetskdəki qondarma rejimin döyüşçüləri tərəfindən əsir götürülüb.

Axar.az xəbər verir ki, bu məlumatı öz Feysbuk səhifəsində Ukrayna Birləşmiş Qüvvələrinin Əməliyyat Qərargahının mətbuat xidməti yayıb. Hərbçilərin Novotroitski rayonunda əsir düşdükləri bildirilib.

Onların azaraq separatçıların nəzarət etdiyi bölgəyə keçdiyi vurğulanıb.

Xəbər xətti