“Sədərək”də Masallı sakininin 47 min pul olan torbasını alıb qaçıblar- Foto

Bakıda soyğunçuluq olub.

Hadisə “Sədərək” ticarət mərkəzində qeydə alınıb. Masallı rayon sakini, 1957-ci il təvəllüdlü İsrafilov Nadir İsrafil oğlu mayın 20-də Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək, həmin gün saat 16:30 radələrində ticarət mərkəzində bir nəfər naməlum şəxsin içərisində 7700 dollar, 34581 AZN olmaqla ümumilikdə 47671 manat pul olan sellofan torbanı əlindən alaraq qaçdığını bildirib.

Daxil olan məlumat əsasında axtarışlara başlanılıb.
Hadisəni törədən şəxs həmin ərazidəki təhlükəsizlik kameralarına düşüb. ONA hadisəni törədən şəxsin təhlükəsizlik kameralarına düşən görüntülərini əldə edib.

Fotodakı şəxsi tanıyanlardan 0556172303, 0556567494 və 0557684123 nömrələrinə məlumat vermələri xahiş olunur./ONA

Tarix
22 May 2019 [16:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-22 16:11:28
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin