Ana səhifə Mobil versiya
16 Sentyabr 2019

Bakıda bu rayonların atmosfer havası daha çox çirklənməyə məruz qalır

"Bu ay Bakı və Sumqayıt şəhərlərində atmosfer havasının səyyar monitorinqi keçirilib".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, Nəsimi, Xətai, Nizami, Səbail, Nərimanov, Yasamal və Sabunçu yaşayış məntəqələrində monitorinqlərin nəticələrinə görə çirkləndirici qaz qarışıqları sanitar normadan bir qədər çox olub: "Bu da həmin ərazilərdə maşınların say çoxluğu ilə izah olunur. Tozun miqdarının normadan yuxarı olması Bakının bütün rayonlarında tikinti quraşdırma fəaliyyətinin aparılması ilə bağlıdır. Nəticələr göstərir ki, Xətai, Nizami və Sabunçu rayonlarının atmosfer havası digər inzibati rayonlardan fərqli olaraq daha çox çirklənməyə məruz qalır".

U.Tağıyeva bildirib ki, nəqliyyatdan olan təsirləri müəyyənləşdirmək üçün Neftçilər, Dərnəgül, Nobel prospekti, 20 Yanvar dairəsi, Lökbatan dairəsi, Ukrayna dairəsi, Şərifzadə küçəsi, Xırdalan-Sumqayıt yolunda keçirilən monitorinqə görə azot 4-oksidin və dəm qazının konsentrasiyaları normanı aşıb: "Nəqliyyatdan olan təsirlər ən çox Lökbatan dairəsində özünü göstərir. Bu yer həm şəhərdaxili, həm də səhərkənarı nəqliyyatın sıx hərəkət etdiyi ərazidir".

Departament direktoru vurğulayıb ki, təhlilləri müqayisəli aparmaq üçün Abşeron bağlarının yerləşdiyi ərazidə - Bilgəh, Mərdəkan, Novxanı və digər şəhərətrafı ərazilərdə atmosfer havasından nümunələr götürülüb və azot-4 oksid, kükürd qazı, dəm qazı, Toz və aromatik karbohidrogenlərin (benzol, toluol, etil-benzol, orto-ksilol, metil-ksilol) təyini üzrə analizlər aparıldı. Bu ərazilər hava keyfiyyətinə görə təmiz ərazilər kimi qiymətləndirilə bilər. Sumqayıt şəhərində də anoloji monitoriqlər həyata keçirilib. Nəticədə Tağıyev və Corat qəsəbələrində havanın keyfiyyət göstəriciləri sanitar norma daxilində olub. İki şəhər üzrə müqayisəli təhlil göstərir ki, Sumqayıt şəhərinin atmosfer havasının keyfiyyəti daha əlverişlidir". /report

Tarix
22 May 2019 [15:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-22 15:51:25
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin