Azərbaycana 8 baş bizon gətirilib

15:48 - 22 May 2019 - Xəbər

Azərbaycana 8 baş bizon gətirilib.

Bu barədə Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Bildirib ki, İDEA İctimai Birliyi ilə birgə nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması sahəsində aparılan işlər bu gün də davam edir.
Onun sözlərinə görə, 20 may 2019-cu il tarixində, nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növ bizonların ölkəmizə introduksiyası ilə bağlı tədbir baş tutub:

“Sevindiricidir ki, tarixən bizim ölkəmizin ərazisində məskunlaşan bizonlar yenidən ölkə təbiətinə qaytarıldı.

Məlumdur ki, Azərbaycanda bizonlar ilk insanların yaşadığı qədim dövrlərdən olub. Qobustan qayalarının üstündə vəhşi bizonların cizgilərinin əks olunması da bunun göstəricisidir.
Tarixçilər bizonlarla bağlı öz salnamələrində qeyd edir ki, Azərbaycan xanları XII-XIII əsrlərdə vəhşi bizonları ovlayırdılar. Bu səbəbdən onların ölkə təbiətinə qaytarılması bizim tarixi irsimizin daha bir elementinin bərpası anlamına gəlir.

Artıq ən mühüm addımlar atılıb və Azərbaycana 8 baş bizon gətirilib, may ayının sonunda onların sayı 20-ə çatacaq. 

Bizonlar Şahdağ Milli Parkının İsmayıllı rayonunun ərazisində bir müddət volyer şəraitində saxlandıqdan sonra vəhşi təbiətə buraxılacaq”./oxu.az

Xəbər xətti