Mehman Hüseynov səhiyyə naziri ilə şəkil çəkdirməsindən DANIŞDI

Blogger Mehman Hüseynov Cenevrənin hava limanında Səhiyyə naziri Oqtay Şirəliyevlə foto çəkdirərək sosial şəbəkədə paylaşıb.

Ucnoqta.az xəbər verir ki, Unikal.org-a açıqlama verən blogger Mehman Hüseynov sözügedən şəkilə aydınlıq gətirib:

"Bakıya qayıdarkən səfirimizlə Oqtay Şirəliyevi gördüm.

Səhiyyə naziri dedi ki, İsveçrəyə müalicə üçün gəlib. Yaxınlaşdım anamın ölümündə həkim səhvinin olduğunu bildirdim. Ona xatırlatdım ki, jurnalist Rasim Əliyevin ölümündə həkim səhvinin, digər jurnalistin anasının müalicəsi ilə bağlı Səhiyyə Nazirliyinin qarşısında etiraz etdiyini dedim.

Səhiyyə sahəsində olan problemləri Oqtay Şirəliyevə xatırlatdım. Mənə dedi ki, ananın ölümü ilə bağlı həkim səhvinin olması ilə bağlı məsələ araşdırılacaq. Oqtay Şirəliyev məni nazirliyə çağıracağına söz verdi. Mən hələ də Səhiyyə Nazirliyinə dəvət olunmağımı gözləyirəm. Sonra da qardaşıma dedim ki, mənim Oqtay Şirəliyevlə şəklimi çəksin."

Tarix
22 May 2019 [13:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-22 13:52:21
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin