Kor bağırsağın orqanizmdə olmaması bu fəsadlara yol açır

19:06 - 22 May 2019 - DİGƏR

Kor bağırsağın olmaması orqanizmdə Parkinson xəstəliyinin əmələ gəlməsinə səbəb olur

Keyz Qərb Universitetinin və "Klivlend Universitet Klinikası" Mərkəzinin alimləri belə qənaətə gəliblər ki, kor bağırsağın olmaması orqanizmdə Parkinson xəstəliyinin əmələ gəlməsinə səbəb olur. Tədqiqatçılar Parkinson xəstəsi olan 62 milyon insanın xəstəlik tarixçəsini araşdırıb.

Məlum olub ki, kor bağırsağın kəsilib çıxarılması proseduruna məruz qalan şəxslər arasında Parkinsona 3 dəfə çox rast gəlinib. Alimlər kor bağırsağı kəsilmiş 488 min pasientə Parkinson xəstəliyi diaqnozu qoyublar. 4,7 min adam kor bağırsaq əməliyyatından sonra Parkinsona tutulduğunu deyib. Tədqiqatçılar o qənaətə gəliblər ki, kor bağırsağı kəsilməyən şəxslərdə Parkinson xəstəliyinin əmələ gəlmə riski 0,29%-dir. Lakin kor bağırsağını kəsdirmiş şəxslərdə bu risk 0,92% artır.

Qeyd edək ki, Parkinson xəstəliyi hərəkət pozğunluğu ilə müşayiət olunan mərkəzi sinir sistemi xəstəliyidir. Bu xəstəlik mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edir. Xarakterik xüsusiyyətləri hərəkətin ləngliyi, əsmə, refleks pozğunluğudur. Bu xəstəliyə insanlar əksər hallarda 57 yaşından sonra tutulur. Təhlükəli xəstəliklər qrupuna aiddir.

Xəbər xətti