Ağstafada məktəblini qatar vuraraq öldürüb

15:57 - 21 May 2019 - HADİSƏ

Ağstafa rayonunda məktəblini qatar vuraraq öldürüb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Böyük Kəsik stansiyası yaxınlığında qeydə alınıb. Belə ki, dəmir yolu xəttini qarşı tərəfə keçmək istəyən yeniyetməni qatar vurub. O, aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti