Türkiyənin Ceyhan limanından bu günədək 4 200 tanker yüklənilib

18:05 - 21 May 2019 - İQTİSADİYYAT

Türkiyənin "Botas International Limited" (BIL) şirkəti tərəfindən bu günədək Ceyhan neft terminalından 3,22 mlrd. barel neft yola salınıb.

ONA-nın şirkətə istinadən verdiyi məlumata görə, hesabat dövründə terminaldan 4 200 tanker yüklənilib. Bu il (bu günə olan vəziyyətə görə) Ceyhan neft terminalından 93,405 mln. barel neft və 115 tanker yüklənilib.

Qeyd edək ki, bu ilin aprelin 23-dən mayın 21-dək terminalda 22 tanker yüklənilib.

Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur.

Xəbər xətti