Rusiya təyyarəsi Tehranda qəza enişi edib

15:44 - 21 May 2019 - Xəbər

Rusiya təyyarəsi Tehranın Mehrabad hava limanına enərkən eniş zolağından çıxıb.

Trend-in məlumatına görə, bunu İranın Mülki Aviyasiya Təşkilatının ictimai əlaqələr şöbəsinin müdiri Rza Cəfərzadə deyib. R.Cəfərzadənin sözlərinə görə, Rusiyanın BAE125 xüsusi reaktiv təyyarəsi Mehrabad hava limanında enişdən sonra zolaqdan çıxıb.

Təyyarədə 6 ekipaj və sərnişin olub. Hadisədə xəsarət alan olmayıb.

Təyyarənin eniş zolağından çıxmasının səbəbi açıqlanmayıb.

Xəbər xətti