Babək prospektində çökmənin səbəbi AÇIQLANDI

14:23 - 21 May 2019 - Xəbər

Bakının Babək prospektində baş vermiş çökmə hadisəsi hansısa kommunikasiya xəttində baş vermiş nasazlıq nəticəsində yaranıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə, hadisə ilə bağlı bütün əlaqədar qurumlar məlumatıandırılıb və onların iştirakı ilə əraziyə baxış keçirilib:

"Əraziyə baxış keçirilərkən məlum olub ki, çökmə hadisəsi kiçik hissədə olsa da, həmin zolaq üzrə müəyyən ərazi də deformasiyaya uğrayıb. Mayın 22-də həmin ərazi qazılacaq və çökmə hadisəsinin nədən baş verdiyi müəyyən ediləcək. Çökmə hadisəsi hansı xəttdə baş verən nasazlıqdan yaranıbsa, ərazi həmin xəttə cavabdeh olan qurum tərəfindən bərpa ediləcək".

Xəbər xətti